Azərbaycanda azyaşlı qız zorlandı, qardaşı bir telefona günahkarı bağışladı
Baku TV-nin “Pis yolun qurbanı” adlı yeni layihəsində erkən yaşda valideynlərini itirən azyaşlı qızın həyat mübarizəsindən bəhs edilib.

Belə ki, 16 yaşında anasını itirən qızın çətin vəziyyətdə iş axtarması, işdə zorlanması onun həyatının ən dəhşətli səhifələridir. 

Məsələnin acınacaqlı tərəfi isə budur ki, onu zorlayan müdir qızı ikinci ailəsi kimi saxlayacağını bildirsə də, sözünün üstündə durmayıb.

Qız sonda öz başına gələnləri qardaşına danışıb. Qardaşı həmin şəxsi evə çağırıb. Ancaq burada da yazıq qızın bəxti gətirməyib. Qardaşı onu bir telefona satıb.

Daha ətraflı Baku TV-nin “Pis yolun qurbanı” reportajında:

Bakı-Sumqayıt yolunda avtomobil betona çırpılıb, xəsarət alanlar var
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA bildirir ki, Bakının Binəqədi rayonu ərazisində qeydə alınmış avtoqəza zamanı avtomobil beton maneələrə çırpılıb.

Bildirilib ki, yolda gedən təmir işləri ilə əlaqədar Sumqayıt istiqamətində arakəsmə olaraq beton maneələr düzülüb. Bu vaxt həmin istiqamətdə hərəkətdə olan “Mercedes” markalı minik maşını idarəetmədən çıxaraq həmin maneələrə çırpılıb. Avtomobil daha sonra aşıb.

Hadisə nəticəsində sürücü - 1993-cü il təvəllüdlü Baxışlı İlkin Bəykişi oğlu, Qurbanov Tural Səməndər oğlu və 1999-cu il təvəllüdlü Cəlilov Sadiq Seyhun oğlu ağır bədən xəsarətləri alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Xəstəxanın həkimlərinin verdiyi məlumata görə, S.Cəlilovun vəziyyəti çox ağırdır.

Hadisənin təfərrüatları araşdırılır. Şahidlərin bildirdiyinə görə, bu, son bir sutkada eyni ünvanda baş vermiş ikinci hadisədir.

Qeyd edək ki, qəza nəticəsində yanacaq dağıldığından FHN-in yanğınsöndürənləri də əraziyə cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

SON DƏQİQƏ: Bakıda evdə partlayış
Bakıda mənzildə partlayış baş verib.

Apa xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu Qara Qarayev prospekti ev 24, mənzil 13 ünvanında qeydə alınıb. Hamam otağındakı su qızdırıcısında baş verən nasazlıq nəticəsində partlayış olub. Partlayış zamanı ev sahibi, 1958-ci il təvəllüdlü Famin Musayev  müxtəlif dərəcəli bədən xəsarətləri ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Oğuzda futbol oynayan şəxslər cərimələndi
Oğuzda karantin rejimini pozaraq futbol oynayan şəxslər cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman rayonun Şirvanlı kəndində bir qrup şəxsin karantin rejimi qaydalarını pozaraq, futbol oynadıqlarını müəyyən ediblər.

Həmin şəxslər barəsində Polis Şöbəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar cərimə ediliblər.

Bakıda film kimi əməliyyat - Avtoxuliqan belə saxlanıldı - VİDEO
Narkotik qəbul edib oğurluq “BMW” ilə şou göstərən "avtoş" tutuldu

Bakıda narkotik vasitələrin təsiri altında oğurluq maşınla şou göstərən və polislərə xəsarət yetirən şəxs tutulub. Avtosfer.az xəbər verir ki, Abşeron rayon sakini Əbülfət Məmmədov aprelin 16-da polisə şikayət edərək etibarnamə ilə idarə etdiyi “BMW” markalı 99-RG-740 dövlət qeydiyyat nişanlı minik avtomobilinin rayon ərazisindən qaçırılması barədə məlumat verib. Daxil olmuş məlumat əsasında həmin nəqliyyat vasitəsinin aprelin 17-də gecə saat 03:30 radələrində Binəqədi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib. Dərhal ərazi üzrə xidmət aparan Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin Yol-Patrul Xidməti inspektorları tərəfindən ona saxlama barədə işarəsi verilib. Lakin sürücü verilən işarəyə tabe olmayaraq köməyə gəlmiş post-patrul xidmətinə məxsus “Fiat Doblo” markalı avtomobili vuraraq şəhər istiqamətinə hərəkətini davam etdirib.

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən təqibi davam etdirilən avtomobil daha sonra saat Nərimanov rayonu ərazisində hərəkətdə olan “Hyundai” markalı 90-OH-051 dövlət qeydiyyat nişanlı digər bir avtomobili də vurub. Zərbə nəticəsində “Hyundai” markalı avtomobil həmin ərazidə piyada xidmət aparan YPX inspektorunu da vuraraq ona bədən xəsarəti yetirib. Görülmüş operativ tədbirlər nəticəsində qaçırılmış avtomobil Nərimanov rayonu “Montin” qəsəbəsi ərazisində saxlanılıb. Araşdırma zamanı həmin avtomobilin əvvəllər dəfələrlə məhkum olunmuş Ramazan Ağabəyov olduğu məlum olub.

Qeyd edək ki, sürücü saxlanılan zaman üzərindəki kəsici alətlə Binəqədi rayon DYPŞ-nin əməkdaşlarına müqavimət göstərərək onlara hücum etməyə cəhd edib. Lakin YPX zabitləri Mehdi Hacıyev, Nicat Hadiyev və Röyal Sarıyevin çevikliyi nəticəsində o, dərhal zərərsizləşdirilərək Binəqədi RPİ-nin 43-cü Polis bölməsinə təhvil verilib. Qeyd edək ki, adları çəkilən YPX zabitləri ötən ilin iyun ayında Binəqədidə "Mercedes" markalı avtomobildə sərnişini güllələyib qaçmağa çalışan şəxsin tutulmasında da fəail iştirak ediblər.

 

Onu da bildirək ki, Ramazan Ağabəyovun paytaxt ərazisində törətdiyi ardıcıl qanun pozuntuları “Təhlükəsiz şəhər” kameraları vasitəsilə lentə alınıb. Araşdırma zamanı Ramazan Ağabəyovun aqaçırdığı avtomobili istifadə etdiyi narkotik vasitənin təsiri altında idarə etdiyi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

Elmin

 
Ötən gün baş vermiş yol qəzalarında – 1 ölü
Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb

Ötən gün ölkənin daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələrin statistik məlumatları açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, gün ərzində törədilmiş 25 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.   

Axtarışda olduğuna görə ümumilikdə 8 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

 

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.

Qırmızı işıqda keçən sürücü  ağır qəza törətdi - VİDEO
Qəza nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib

Bakıda qırmızı işıqda hərəkət edən "Vaz 2107" markalı avtomobilin sürücüsü qəza törətdi. Yol-xeber.az xəbər verir ki, qəza Nobel prospektində "Nargilə" kafesinin yanında baş verib. Belə ki, yüksək sürətlə qırmızı işıqda yolayrıcına daxil olan "Vaz" markalı avtomobil, sağdan yaşıl işıqda hərəkət edən "Lexus" markalı avtomobillə toqquşur. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə bir neçə il öncə baş verib.

 
8103-ə yalan mesaj yazaraq BUNUDA ETDİLƏR
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranış sərgiləyən, həmçinin icazə sistemindən sui-istifadə edən şəxslərlə bağlı tədbirlər davam etdirilir.

Bu barədə DİN-dən məlumat verilib.

Lənkəranda bu istiqamətdə keçirilən tədbirlər zamanı karantin qaydalarını pozan daha bir neçə şəxs müəyyən edilərək inzibati qaydada cərimələniblər. 

Belə ki, 8103 nömrəsinə həqiqətə uyğun olmayan müraciətlər edərək epidemiya əleyhinə rejimin qaydalarını pozan 6 nəfər Lənkəran şəhər sakininin Nəsimi küçəsində futbol oyunu təşkil etdikləri aşkarlanıb. 

Həmin şəxslər Lənkəran Şəhər Rayon Polis Şöbəsinə gətirilib və hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək 100 manat məbləğində cərimə olunublar.

Azərbaycanlı müğənnini maşın vuraraq öldürdü
Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

 Azadlıq prospektində 32 yaşlı Müşərrəf Zeynalova yolun piyadalar üçün müəyyən edilməmiş hissəsindən keçərkən onu "Opel" markalı minik avtomobili onu vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerindən dünyasını dəyişib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, M. Zeynalova "Banu" adıyla müğənnilik edirmiş. //Sonxeber.az

1

1

1

Şirvanda karantin rejimini pozan “jurnalist” həbs edildi
Şirvanda özünü jurnalist kimi təqdim edərək karantin rejimini pozan şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətindən "Report" a verilən məlumata görə, ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o, jurnalist olduğunu, çəkiliş etmək məqsədilə çölə çıxdığını bildirib. 

Ondan vəsiqə tələb olunduqda heç bir sənəd təqdim edə bilməyib və planşetlə yoxlanılarkən 8103 SMS icazə sistemindən də icazəsinin olmadığı məlum olub. Özünü reportyor kimi qələmə verən həmin şəxs Polis Şöbəsinə dəvət edilib.

Şirvan Şəhər Polis Şöbəsində onun əvvəllər xəbər saytlarından birinin müxbiri işləyən, ancaq sonradan işdən kənarlaşdırılan və hazırda heç bir media orqanının əməkdaşı olmayan Şirvan şəhər sakini Mirsahib Səmədov olduğu müəyyən edilib. 

M.Səmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətində inzibati həbs olunub.

Xəbər lenti