![]() |
|
"Ölkə.Az" xəbər verir ki, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Biləsuvar RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 30 dəfə pozub.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Ermənistan Respublikası Berd rayonunun Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
İşğal altında olan Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.
Dövlət Miqrasiya Xidmətinin sabiq rəisi, general-leytenat Firudin Nəbiyev dünyasını dəyişib.
Qafqazinfo xəbər verir ki, F.Nəbiyev Türkiyədə vəfat edib.
Firudin Hilal oğlu Nəbiyev 4 avqust 1960-cı ildə anadan olub. 2006-cı ildə ona general-mayor hərbi rütbəsi verilib. 2012-2018-ci illərdə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifəsində işləyib. 2012-ci ildə ona III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.
F.Nəbiyevin sabah 60 yaşı olacaqdı.
Stilist Müşfiq Musayev intihar edib.
Oxu.az xəbər verir ki, hadisə Abşeron rayonu Saray qəsəbəsində qeydə alınıb.
Uzun müddət ağır xəstəlikdən əziyyət çəkən M.Musayev yaşadığı evdə özünü asıb.
Qeyd edilib ki, hadisə zamanı evdə heç kim olmayıb.
Qubada zəlzələ baş verib.
Yeraltı təkanlar saat 4:52-də qeydə alınıb.
Zəlzələ təxminən 3,5-4 maqnitudada baş verib. Yeraltı təkanlar hiss edilib.
Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin kultivasiyasında və qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şirvanlı kənd sakinləri - əvvəllər məhkum olunmuş, kriminal aləmə meyilli olan Novruz Umarlı və bibisi oğlu Ayaz Balakişiyev kəndin meşəlik ərazisində əvvəlcədən əkib-becərdikləri narkotik tərkibli çətənə kollarına qulluq edərkən “iş başında” yaxalanıblar. Ancaq N.Umarlı törətdiyi cinayət əməlindən yayınmaq üçün qanunsuz olaraq üzərində gəzdirdiyi tapançadan polis əməkdaşlarına atəş açıb. Şöbənin Cinayət Axtarış Bölməsi əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində atəş açan Novruz Umarlı zərərsizləşdirilərək saxlanılıb.
Oradan qaçmağa çalışan A.Balakişiyev də qısa müddət ərzində Şirvanlı kəndi ərazisində tutulub. Hadisənin baş verdiyi əraziyə baxış keçirilən zaman oradan N.Umarlıya məxsus “Makarov”markalı tapança, içərilərində 15 patron olan 2 sandıqça, gecəgörmə cihazı, maska, əlcək və qohumların birlikdə əkib-becərdikləri 165 ədəd çətənə kolu aşkar olunaraq maddi sübut kimi götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxslərin yaşadıqları ünvanlara da baxış keçirilib. A.Balakişiyevin evinin həyətyanı sahəsindən sellofan torbada 91 qramdan artıq qurudulmamış marixuana, eləcə də lüləsi və qundağı kəsilmiş “TOZ” markalı tüfəng, N.Umarlının kənd ərazisindəki evindən isə 37 qrama yaxın marixuana aşkar edilərək götürülüb.
Faktlarla bağlı Oğuz RPŞ-də cinayət işi başlanılıb, saxlanılan şəxslərin digər cinayət əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Ötən gün axşam saatlarında Qax rayonuna, eləcə də rayonun dağlıq ərazilərinə güclü yağış yağıb.
Yağışın güclü olması rayonun ən böyük çaylarından biri olan Kürmük çayına sel gəlməsi ilə nəticələnib.
Sel nəticəsində çay məcrasında bənd tikintisi işləri aparan təşkilata məxsus “ZİL” markalı avtomobil və bir ədəd ağır tonnajlı buldozeri sel aparıb. Hər iki texnika yararsız vəziyyətə düşüb.
Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq bu ilin yanvar-iyun aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparatı və struktur bölmələri üzrə 319 əməkdaş barəsində intizam tənbeh tədbirləri tətbiq olunub.
Avtosfer.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, bu dövrdə nazirliyin ümumilikdə 18 qurumu üzrə audit yoxlamaları aparılıb.
Son 6 ayda audit yoxlamaların nəticələrinə əsasən 27 halda materiallar müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa təqdim edilib.
Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı “Badamdar” qəsəbəsində “Dərə” adlanan ərazidə qeyri-qanuni heyvan kəsimi həyata keçirildiyi məlum olub.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu fəaliyyətlə məşğul olan ümumilikdə 7 nəfər saxlanılaraq 41-ci Polis Bölməsinə gətirilib. Bölmədə bu şəxslərlə profilaktik söhbətlər aparılıb və onlara etdikləri qanun pozuntusu barədə məlumat verilib.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onların hər biri cərimə ediliblər.