|
Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə günün qaranlıq vaxtı, Aeroport yolunda, şəhər istiqamətində, "Olimpiya stadionu"nun yaxınlığında baş verib. Üzərində soyuducu yüklənmiş "VAZ 2102" markalı avtomobil yolun ortasında dayanır. Görünür hansısa nasazlıq baş verir. Bu zaman sürücü təhlükəsizlik qaydalarına əməl etmir. Arxadan gələn digər maşın isə onu görmür və yüksək sürətlə avtomobilə çırpılır.
Hadisə nəticəsində ağır qəza baş verir. "VAZ 2102"ni digər avtomobilin sürüsünün görə bilməməsinə əsas səbəb isə arxa stop işıqlarının yanmaması olub.
Dəfələrlə qeyd edirik ki, avtomobildə nasazlıq yarandığını hiss edən kimi yolun hərəkət hissəsindən kənara çəkmək lazımdır. Bu mümkün olmadıqda isə təcili olaraq təhlükəsizlik qaydalarına əməl etmək zəruridir. Əks halda bu cür ağır qəzadan xilas olmaq mümkünsüz olur.
Videonu təqdim edirik: