Bakıda tələbələri ölümlə üz-üzə qoyan səki - VİDEO
Burada baş verəcək hər hansı bir qəzada isə günahkar yenə piyada olacaq

Bu ilin 11 ayı ərzində baş verən yol qəzalarında ölənlərin 298 nəfəri piyadalar olub.

Yol-xeber.az Oxu.az-ın istinadən  məlumatına görə, bunu dünən jurnalistlərə açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin Yol-Patrul Xidməti şöbəsinin rəisi Kamran Əliyev deyib.

Şöbə rəisi 2019-cu ilin 11 ayı ərzində ölkədə 1681 yol-nəqliyyat hadisəsinin qeydə alındığını, yol qəzalarında 738 nəfərin öldüyünü, 1535 nəfərin isə xəsarət aldığını söyləyib. Bu qəzalardan 42,7 faizi piyadaların vurulması ilə bağlı olub.

 

Diqqət etsək görərik ki, yol qəzalarının az qala yarısı piyadaların vurulması ilə baş verir. Əksərən sürücülər baş verən piyada vurulmalarında qarşı tərəfi ittiham edirlər və onlara bu yöndə haqq da vermək olar. Amma bəzən piyadalarda günah olmadığını da vurğulamaq lazımdır. Yol hərəkətində piyadaların hərəkətinin təhlükəsizliyinə cavabdeh olan qurumların öz işlərini lazımınca yerinə yetirməməsi, qəzalara şərait yaradır. 

Aşağıda təqdim etdiyimiz görüntülər “Gənclik” metrosunun qarşısından keçərək Tibb Universitetinə qədər gedən Nəsib bəy Yusifbəyli küçəsindəndir. Yol kənarına əkilən şam ağaclarının baxımsızlığı piyadaları çətin duruma salır. Ağacların qol-budaqlarına qulluq edilmədiyi üçün demək olar bütün səki bağlanıb. Hər gün yüzlərlə tələbə səkinin keçilməz hissəsinə görə maşın yoluna çıxmaq məcburiyyətində qalır. Burada baş verəcək hər hansı bir qəzada isə günahkar yenə piyada olacaq.

 
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti