|
Bakıda yük avtomobilini palçıqlı halda idarə edən sürücü yolu bərbad hala salıb.Sürücü yük maşınını təkərlərinə yığılan palçıq və daşları yola tökərək idarə edib. Bu isə digər sürücülərin hərəkətinə mane olub.
Yük maşını hərəkət etdikcə arxasınca palçıq tökülür.
Avtomobilin sürəti artdıqca təkərlərin arasına yığılan palçıqla bərabər daşlar da yola düşür.
Görüntülər yeni günəşli qəsəbəsi abbas fətəliyev küçəsində lentə alınıb.
Yük maşını yolu digər minik avtomobilləri üçün demək olar ki, keçilməz edir.
Videonu çəkən sürücü bildirir ki, torpaq ərazidə işləyən yük maşınları bu küçədə hərəkəti mümkünsüz edir.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə bildirir ki, sürücü burda kobud qayda pozaraq yol infrastrukturuna zərər vurmaqla yanaşı, digər sürücülər üçün də təhlükə yaradıb.
Qeyd edək ki, hazırda yolda olan palçıq və daşlar ərazidən təmizlənib.