|
Sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etməyin vacibliyi barədə həm qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyəti, həm də real ölüm təhlükəsi var. Avtosfer.az olaraq dəfələrlə bu barədə maarifləndirici materiallar təqdim etmişik. Qeyd edək ki, bu təkcə sürücülər üçün deyil. \
Sərnişinlərin də təhlükəsizlik kəmərindən istifadə etməsi zəruridir. Təqdim etdiyimiz video rayon yollarının birində çəkilib. Görüntü uzaqdan olsa da qəzanın baş verdiyi və sonra avtomobilin alın şüşəsindən sərnişinin çıxaraq 10 metr kənara düşdüyü görünür. Qəza nəticəsində sürücü xəsarət alıb, amma həyatını itirməyib.
Çünki təhlükəsizlik kəmərindən istifadə edib. Kəmər taxmayan sərnişin isə hadisə yerində ölüb.
Bir daha sürücü və sərnişinləri öz həyatlarını riskə atmamaq üçün təhlükəsizlik kəmərindən istifadə etməyə çağırırıq.
Ümid edirik ki, təqdim etdiyimiz video çoxları üçün dərs olacaq.