|
İngiltərədə sürücünün yanan avtomobildən qadını xilasetmə görüntüləri sosial şəbəkədə yayımlanıb. Avtosfer.az “Mirror”a istinadən xəbər verir ki, yük maşınının sürücüsü Con Rastrik yolda iki minik avtomobilinin iştirakı ilə baş verən yol qəzasının şahidi olub. Toqquşmadan sonra avtomobillərdən birində yanğın başladığını görüb və nəqliyyat vasitəsini park edərək köməyə gedib.
Kadrlarda, onun alovlara bürünmüş avtomobilin qapısını açdığı, qadını salondan çıxardığı və onu yanan maşından kənara çəkdiyi görülür. Bir neçə dəqiqədən sonra isə alovlar daha da şiddətlənir.
27 yaşlı Peri Mistr isə Con Rastrikinin sayəsində sağ qalıb. Bu qəhrəmanlığına və cəsarətinə görə, o, Təcili Tibbi Yardım Xidməti tərəfindən təltif edilib.