Cinayətkar şəbəkənin üzvlərinə qarşı geniş miqyaslı əməliyyat keçirilib - FOTO
Polislərin gördükləri tədbir nəticəsində onların qaçmasına imkan verilməyib

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar şəbəkənin üzvlərinə qarşı geniş miqyaslı əməliyyat keçirilib.

 

Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan mütəşəkkil cinayətkar şəbəkənin üzvlərinə qarşı geniş miqyaslı əməliyyat tədbiri həyata keçirilib.
Belə ki, Cəlilabad RPŞ-yə Mahizər adlı qadının paytaxt ərazisində narkotik vasitələrin satışını həyata keçirməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin qadın, Bakı şəhər sakini Mahizər Məmmədova Nərimanov rayonunda saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 2 kiloqram 50 qram narkotik vasitə heroin və 321,964 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb. Polis əməkdaşları saxlanılan şəxsin ətrafında əməliyyat tədbiri həyata keçirən zaman müəyyən edilib ki, M.Məmmədova narkotik vasitələri şəxsiyyəti istintaqa məlum olmayan “Maqsud” adlı İran vətəndaşından satmaq məqsədi ilə əldə edib.
Qeyd edək ki, M.Məmmədova bir neçə dəfə həmin şəxsin ona göndərdiyi heroini və metamfetaminin satışını həyata keçirib. O, narkotik vasitələrin pulunu “Maqsud”a Bakı şəhərində yerləşən ali təhsil müəssisələrinin birinin tələbəsi olan İran vətəndaşı Afşin Naderinin vasitəsi ilə göndərib. Polis əməkdaşları tərəfindən A.Naderi də saxlanılaraq istintaqa təqdim edilib və o, ifadəsində etdiyi cinayəti etirf edib. Saxlanılan şəxslərin cinayət əlaqələrinin və narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək zərərsizləşdirilməsi istiqamətində Cəlilabad RPŞ əməkdaşlarını tərəfindən tədbirlər davam etdirilən zaman “Maqsud” adlı şəxsin M.Məmmədova yenidən külli miqdarda narkotik vasitə göndərəcəyi məlum olmuşdur. Görülmüş tədbirlərlə Cəlilabad RPŞ əməkdaşları tərəfindən Sabirabad rayonu ərazisində M.Məmmədovaya 3 kiloqram 500 qram heroin vermək istəyən Mingəçevir şəhər sakinləri əvvəllər məhkum olunmuş Heydər Məmmədov və Azər Ağayevi də tutularaq istintaqa təqdim ediliblər.
Qeyd edək ki, H.Məmmədov və A.Ağayev saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa cəhd göstəriblər. H.Məmmədov idarə etdiyi “Lada Priora” markalı avtomobillə qaçmaq istəyən zaman maşını əvvəlcə polislərin avtomobilinə, daha sonra maneəyə vuraraq qəza törədib. Polislərin gördükləri tədbir nəticəsində onların qaçmasına imkan verilməyib.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

 
19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti