|
Bakının Binəqədi rayonunda orta yaşlı qadın sərnişin avtobusundan yıxılıb. Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Azadlıq prospektində baş verib. 88 nömrəli marşut xətti üzrə hərəkət edən avtobusun sürücüsü qəfil əyləcdən istifadə edib. Bu zaman sərnişin - 1963-cü il təvəllüdlü Haqverdiyeva Lida Ənvər qızı yıxılıb. O, qapalı kəllə-beyin travması ilə 1 saylı Xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, L.Haqverdiyeva 1 saylı Xəstəxanada tibb bacısı kimi çalışır.