16 yaşlı oğlan evə getmək üçün 3 maşın qaçırdı, amma evə piyada getdi - FOTO
Polis şöbəsinə gətirilən yeniyetmə törətdiyi əməli etiraf edib

Rusiyanın Xantı-Mansiysk muxtar dairəsində 16 yaşlı oğlan gecə klubundan çıxdıqdan sonra evə getmək üçün 3 maşın qaçırıb. Yol-xeber.az yerli KİV-ə istinadən xəbər verir ki, yeniyetmə qaçırdığı avtomobillərin heç biri ilə evinə gedib çıxa bilməyib, o, sonda evinə piyada getməli olub. Ancaq ertəsi gün onun evinə polislər gəlib.

Polis şöbəsinə gətirilən yeniyetmə törətdiyi əməli etiraf edib.

Onun sözlərinə görə, o, qonşu qəsəbədə yerləşən gecə klubuna taksi ilə gəlib, bir müddət əyləndikdən sonra oranı tərk edib və evə gəzərək getməyə qərar verib. Ancaq, bir az irəlilədikdən sonra havanın soyuq olduğunu hiss edərək maşın axtarmağa başlayıb. Yolunun üstündə qapıları açıq, açarı üstündə “VAZ-2114” markalı avtomobil görüb və ona əyləşərək təxminən 200 metr getikdən sonra sükan idarəetməsini itirərək yol kənarına düşüb. Gənc nəqliyyat vasitəsinin üzərindəki açarı götürərək yoluna davam edib. O, eyni vəziyyətdə (qapısı açıq, üzərində açar) olan bu dəfə başqa bir markanın “VAZ-2113”ün sükanı arxasına keçib və onu da arxaya verərkən buz kütləsinə ilişib. Yeniyetmə bu avtomobildən də uzaqlaşıb. Bir müddət getdikdən sonra daha bir “VAZ-2114” rastlaşıb. O, birinci nəqliyyat vasitəsindən götürdüyü açarla, maşının baqaj hissəsindən salona daxil olaraq mühərriki işə salıb. Lakin bu dəfə də onun bəxti gətirməyib, avtomobil yenə də buz yığınına ilişib və o evə piyada getməyə məcbur olub.

 

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

 

+

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti