Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində
Hacıqabulda şəhər sakinindən “AKM” markalı silah və 1 ədəd patron darağı müsadirə edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yol-xeber.az-a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Hacıqabul dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmiyevdən nömrəsi silinmiş “AKM” markalı silah və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.