|
Lənkəranın Şürük kəndində polis əməkdaşları kütləvi şəkildə yoldan keçən bütün nəqliyyat vasitələrini saxlayır. Yol-xeber.az xəbər verir ki, bu barədə Correct.az səhifəsinə video göndərilib. Göndərilən materialda iddia edilir ki, Şürük kəndindən Astaraya gedən kəskin döngəli yolda dayanan polis maşınında (99-YP-571 dövlət nömrə nişanlı) xidmət aparan 3 yol polisi əməkdaşı oradan keçən bütün nəqliyyat vasitələrini saxlayaraq onları cərimələyir.
Bizə daxil olan müraciətdə həmin polis əməkdaşının adı və əlaqə nömrəsi var. Araşdırılmadan bu məlumatları yaymaq istəmirik.
Qeyd edək ki, video 17.01.2020-ci il, saat 10:50 radələrində nəzarət kamerası vasitəsilə qeydə alınıb.