|
Baş Prokurorluğun Mətbuat xidmətindən "Ölkə.Az"ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Emil Əmiraslanov barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq törətmək), 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi istintaq olunur.
Qeyd edək ki, demokrat.az saytının yazdığına görə, Emil Əmiraslanovun barəsində bir müddət əvvəl vətəndaş Tamella Fərzəliyeva tərəfindən də şikayət olunub.
Şikayətçi bildirib ki, 115 250 manat civarında qızıl-zinət əşyaları götürülüb və qaytarılmayıb.
İddiaya görə, Emil Əmiraslanov həmin vəsaitin 30 000 manatlıq hissəsinin qarşılığında vasitəçilik xidməti təklif edərək, iş görəcəyini vəd edib. Qalan böyük hissəsini isə borc kimi alaraq hər ay hissə-hissə, hər dəfə 10 000 manat qaytaracağını söz verib.