|
Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə ötən gecə Lənkəran-Lerik yolunun rayonun Qrumba kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı qaz borusuna çırpılıb. Nəticədə 4 nəfər xəsarət alıb.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Xəsarət alanlardan Lənkəran şəhər sakini, 1998-ci il təvəllüdlü Mehdi Azər oğlu Əkbərov və Darquba kənd sakini, 2000-ci il təvəllüdlü Rusif Rafiq oğlu Babayev vəziyyətləri daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər. Qapalı kəllə-beyin travması alan Şilavar kənd sakinləri, 1999-cu il təvəllüdlü Orxan Məhəmməd oğlu Ağacanov və 2000-ci il təvəllüdlü Vüqar Elşad oğlu Əlizadə travmatologiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətləri kafidir. Hadisəni törədən sürücü saxlanılaraq izahatı alınması üçün polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır. (“Report”)