|
"Ölkə.Az" xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən hazırlıq prosesində təqsirləndirilən şəxsin anket məlumatı dəqiqləşdirlib.
Məhkəmə baxış iclası sentyabr ayının 7-nə təyin olunub.
Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib.
İttihama görə, Şəmkir rayonu Yeni Həyat kənd sakini, 1977-ci il təvəllüdlü Süleymanov Etibar Binnət oğlu Yuxarı Seyfəli kənd sakini, 1992-ci il təvəllüdlü Hümmətli Elnur Salman oğlunu odlu silahla öldürüb.
Tutularaq istintaqa cəlb edilən E.Süleymanova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
Məlumata görə, bacanaqlar arasında borc söhbəti olub. Bundan dolayı tərəflər arasında narazılıq yaşanıb.