|
Rusiyanın Primorsk bölgəsində avtomobil, qəza iştirakçıları ilə yol patrul xidmətinin əməkdaşlarını vurub. Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında “Razdolınoe – Xasan” avtomagistralının 118-ci kilometrliyində qeydə alınıb.
Məlumata görə, DİN-nin bölgə üzrə idarəsinə qəza ilə bağlı məlumat daxil olub və dərhal hadisə yerinə qəzanı protokollaşdırmaq üçün yol patrul xidmətinin əməkdaşları cəlb edilib.
Rəsmiləşdirmə zamanı yüksək sürətlə idarə olunan “Mitsubishi Pajero” markalı avtomobil, sürücünün idarəetməsindən çıxaraq, əvvəlcə hadisə iştirakçıları ilə polis əməkdaşlarının üzərinə hərəkət edib. Bundan sonra isə maşın qəzaya uğramış iki avtomobillə toqquşaraq yol kənarına aşıb və yanıb.
Bildirilir ki, qəza nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar, hadisə yerinə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.
Qeyd edilir ki, yanan “Mitsubishi Pajero”nun sürücüsü qəzadan yara almadan qurtulub və o, hadisə yerindən yayınıb.
Polis, artıq qaçan sürücünü şəxsiyyətini müəyyənləşdirib və onun barəsində axtarışa elan edilib.