|
Məktəblərdə və ya məktəbdən kənar şagirdlər arasında bıçaqlı, habelə əlbəyaxa insidentlər geniş vüsət almağa başlayıb. Bu hadisələrin kriminal aləmə olan "rəğbət"dən doğduğu düşünülür.
Ölkə.Az-a danışan millət vəkili Razi Nurullayevin fikrincə, məktəblilərin kriminal aləmə marağı müəllimlərin avtoritetliyini itirməsi və izlədikləri filmlərlə bağlıdır.
Təhsil eksperti Elçin Əfəndi isə mövcud vəziyyəti valideynlərin diqqətsizliyi ilə əlaqələndirir.
Razi Nurullayev problemin həllini internet resurslarına məhdudiyyət qoyulmasında, Elçin Əfəndi və Ağa Mehdi isə maarifləndirmə tədbirlərində görür.
Daha ətraflı videoda: