“Mən sadəcə qol çəkmişəm”

Bakı Ağır Cinayətlər Məhkəməsində  "Rabitə işi” ilə bağlı daha bir yüksək vəzifəli şəxsin, mənimsəmədə təqsirləndirilən Qəbələ Rayon Telefon Qovşağının keçmiş rəhbəri Şahin Tağıyevin məhkəməsi keçirilib.
 Hakimi Fikrət Qəribovun icraatında olan prosesdə Qəbələ Telekommunikasiya Qovşağının sahə rəisi Namiq Eyyubov deyib ki, Qəbələ şəhərində kabel çəkilməsinə rəhbərlik edib: "Mal-materialı qovşaqdan qaimə şəklində götürürdük. Qovşağa pul daxil olmasından xəbərim olmayıb. Katirovka komissiyasında da iştirak etməmişəm, sadəcə qol çəkmişəm". 

Prosesdə iştirak edən digər şahidlər də eyni məzmunlu ifadələr verib. 

Məhkəmə oktyabrın 17-də davam etdiriləcək. 

İttihama görə, Ş.Tağıyev vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən 168 min manat mənimsəyib.  O, istintaq zamanı həbs olunmadığı üçün hazırda azadlıqdadır.

Ş. Tağıyev dəyən ziyanı nazirliyə ödədiyini deyib. Onun Qəbələ rayonunda yerləşən 2 mərtəbəli, 300  min manatlıq villasının üzərinə həbs qoyulub. 

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti