Azərbaycana gələnlərin sayı gedənlərdən çox olub - qiymətlər... - AÇIQLAMA

Bu ilin ilk yarısında Azərbaycana gələn turistlərin sayı 34% artaraq 1 milyon 231 minə çatıb. Bununla bağlı Dövlət Sərhəd Xidməti məlumat yayıb. Gələnlərin 29,2%-i Rusiya, 17,3%-i Türkiyə, 9,7%-i Hindistan, 8,7%-i İran, 4,1%-i Gürcüstan, 3,2%-i Səudiyyə Ərəbistanı, 3,1%-i Qazaxıstan, 2,55-i Pakistan vətəndaşları olub.

VI çağırış Milli Məclisin deputatı Vüqar Bayramovun sözlərinə görə, yarım ilin turizm yekunlarının təhlili bir sıra vacib məqamları üzə çıxarır:

"Birincisi, Azərbaycana gələn hər 10 turistdən 1-i Hindistan vətəndaşıdır. İkincisi, mənşə olaraq gələn turistlər arasında ən çox artım da Hindistanın payına düşür. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5 dəfə, Cənubi Koreyadan - 2,4 dəfə, Çindən - 2,3 dəfə, İspaniyadan - 1,8 dəfə, Qazaxıstandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızıstandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İrandan - 1,5 dəfə artıb. Digər ölkələr üzrə artımlar faizlə ifadə olunur.

Üçüncüsü, region olaraq körfəz ölkələri artım faizinə görə öndədir. Yəni, Ərəb Dövlətlərindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar var. Belə ki, sözügedən müddətdə körfəz ölkələrindən gələnlərin sayı 49%, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 30%, MDB ölkələrindən gələnlərin sayı isə 22,3% artıb. Nəhayət, həmin müddətdə turizm balansında müsbət saldo qeydə alınıb. Belə ki, Azərbaycana gələnlərin sayı xaricə gedənlər ilə müqayisədə 236 min nəfər çox olub".

"Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2,7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturunun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayında artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır", - deyə V. Bayramov əlavə edib.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti