hemin-masinlarla-bagli-tedbir-gorulub

Paytaxtda sürücülük hüququ olmayan yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb. 

Bakı şəhər DYPİ-dən “Qafqazinfo”ya verilən məlumata görə, paytaxtın Səbail rayonunda məktəblərdən birinin məzunlarının idarə etdiyi müxtəlif markalı 14 avtomobil müəyyən olunub müvəqqəti mühafizə olunan duracağa təmin olunub. 

“Son zəng” günü gücləndirilmiş iş rejimdə xidmət aparan polis əməkdaşları tərəfindən sürücülük hüququ olmadan idarə olunan 80-dən artıq nəqliyyat vasitəsi saxlanılaraq barələrində inzibati tənbeh tədbirləri tətbiq edilib. 

Həmin günü paytaxt ərazisində yeniyetmələrin iştirakı ilə hər hansı yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Məlumat üçün bildirək ki, sözügedən yeniyetmələr 6 nömrəli məktəb-liseyin şagirdləri olublar. Məktəb məsələ ilə əlaqədar hələ ötən ay açıqlama yayıb: “Məsələ ilə bağlı araşdırma aparılıb. Bildiririk ki, iyunun 8-də səhər saat 05:00 radələrində təhsil müəssisəsinin 11-ci sinif şagirdləri valideynlərinə məxsus maşınlarla icazəsiz şəkildə məktəbin ərazisinə daxil olub və çəkiliş ediblər. Daha sonra həmin videoları sosial şəbəkədə paylaşıblar. 

Qeyd edirik ki, hadisə dərs günü deyil, həftənin şənbə günü  baş verib. Məktəblilərin valideynləri ilə görüş keçirilib, onlara xəbərdarlıq edilib və müvafiq qurumlar məlumatlandırılıb. Hazırda araşdırma davam edir”.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti