Yol-xeber.az" xəbər verir ki, Strateji əhəmiyyəti olan Şirvan, Saatlı, Poylu, Tovuz və Yevlax dəmiryol körpülərinin mühafizəsi 24/7 təşkil edilir. Bu körpülər dəmir yolunun effektiv fəaliyyətini təmin edir və əsas dəmir yolu xətləri arasında əlaqə qurur.
Bakı-Tbilisi dəmir yolu xəttinin üzərində yerləşən Şirvan dəmiryol körpüsü bölgənin nəqliyyat şəbəkəsinin vacib hissəsi olaraq uzun illərdir istifadə olunur. Kür çayı üzərindən keçən körpü həm yük, həm də sərnişin daşımalarında mühüm rol oynayır.