error
  • JLIB_APPLICATION_ERROR_COMPONENT_NOT_LOADING
Qusarda atışma: 2 nəfər həlak oldu - ŞOK DETALLAR

Dünən Qusarda atışma olub.

Bu barədə Minval.az-a məlumatlı mənbələrdən bildirilib.

Qeyd olunub ki, atışma zamanı iki nəfər zərərsizləşdirilib. Ölənlərdən birinin adı Qədirdir.

Məlumatlara görə, həmin şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarına silahlı müqavimət göstərməyə çalışsalar da, onlar yerindəcə məhv ediliblər.

Hazırda polis hücum edənlərlə əlbir olan şəxsləri axtarır.

Məlumata görə, müstəntiqlər iki həftə əvvəl törədilmiş qətlin istintaqı zamanı şübhəli şəxslərin kimliyini müəyyən ediblər. Bundan əvvəl Qusarda Fövqəladə Hallar Nazirliyinin (FHN) keçmiş əməkdaşı, 1981-ci il təvəllüdlü Əhmədov Ramiq Radik oğlunun odlu silahla qətlə yetirildiyi bildirilirdi. O, itlə ova çıxıb, lakin naməlum şəxslər tərəfindən güllələnib. R. Əhmədovun meyiti avqustun 19-da aşkar edilib.

İlkin məlumatlara görə, qətli “Meşə qardaşları” terror qruplaşması ilə əlaqəli olduğu iddia edilən mütəşəkkil cinayətkar dəstənin üzvləri törədə bilər. Bildirilir ki, bu, Əhmədovun təsadüfən meşədə qrupun silah anbarını tapmasından sonra baş verib.

Faktla bağlı istintaq davam edir.

 
19 APRIL 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 APRIL 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 APRIL 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 APRIL 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 APRIL 2025 MövqeIərimiz atəşə tutuldu
18 APRIL 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 APRIL 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 APRIL 2025 Başlıbel qətliamından 32 il ötür
17 APRIL 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 APRIL 2025 Ordumuzun mayoru vəfat etdi
17 APRIL 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 APRIL 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 APRIL 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 APRIL 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 APRIL 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 APRIL 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 APRIL 2025 “Sədərəy”ı su basdı - Video
16 APRIL 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 APRIL 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 APRIL 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti