rusvete-gore-mehkum-edilmis-gomrukculer-beraet-aldi

Rüşvət almaqda təqsirli bilinərək şərti məhkum edilmiş Bakı Baş Gömrük İdarəsinin sabiq əməkdaşları Orxan Zöhrabov və Mirağa Ağayevin işi yenidən araşdırılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, onların işinə bu dəfə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb.

Gömrükçülər 2021-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmişdilər. İşə ilk dəfə Bakı Ağır Cinayətlər Məhkəməsində hüquqi qiymət verilib. Hökmə əsasən, Mirağa Ağayev günahsız elan edilərək bəraət alıb. Orxan Zöhrabova və onunla birgə ittiham olunan bir neçə keçmiş gömrükçüyə isə şərti cəza verilib. Onlar hamısı 10 ay sonra azadlığa buraxılıb.

Hakim Əli Məmmədovun həmin hökmü isə prokuroru razı salmayıb. Verilmiş apellyasiya protesti ilə M.Ağayevin bəraəti ləğv edilib, şərti cəza verilib. O.Zöhrabov yenə şərti cəza ilə azadlıqda qalsa da, digərləri yenidən həbs edilib.

Amma bu qərar da Mirağa və Orxana münasibətdə Ali Məhkəmədə ləğv edilib. Bu dəfə iş təkrar baxış üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

Bir ilə yaxın davam edən yeni məhkəmə istintaqı ötən gün başa çatıb. Məhəmmədəli Rzayevin sədrlik etdiyi məhkəmə tərkibi belə qənaətə gəlib ki, Mirağa Ağayevin birinci instansiyadakı hökmü əsaslı olub. Bundan əlavə, Orxan Zöhrabov da ittihama münasibətdə təqsirsizdir. Qərara əsasən, onların hər ikisinə bəraət verilib. Həmçinin təzminat üçün müraciət etmək hüquqları izah edilib.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti