polkovnik-arvadi-ve-qardasi-olmusdu

Ötən il Salyanda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Rusiya vətəndaşı Omarşa Kərimova hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi O.Kərimovu Cinayət Məcəlləsinin 263.3-cü (2 və ya daha çox şəxsin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə təqsirli bilib.

Bildirilib ki, O.Kərimov hadisə vaxtı “Schmitz” markalı TIR-la İrandan Rusiyaya 19 ton gilas aparırmış. O, Ələt-Astara yolunun Salyandan keçən hissəsində hərəkətdə olarkən idarə etdiyi yük maşını Məhərrəm Fərziyevin sürdüyü “VAZ 2105” markalı avtomobillə toqquşub. Nəticədə M.Fərziyev, həyat yoldaşı Xanım Fərziyeva və qardaşı İlqar Fərziyev vəfat edib. Onlar Lənkəranda toyda iştirak edib Bakıya qayıdırmışlar.

O da məlum olub ki, qəzada vəfat edən Məhərrəm Fərziyev Müdafiə Nazirliyinin pensiyaya çıxmış polkovniki olub. Ehtiyatda olan zabit “Sabit” mühafizə şirkətində baş inspektor vəzifəsində çalışırmış. Mərhumun yaxınları məhkəmə iclasında hadisənin qəsdən törədildiyini, qəzadan sonra M.Fərziyevin qətlə yetirildiyini iddia ediblər. Onlar bunu M.Fərziyevin nəşinin qəza baş verən yerdən bir qədər aralıda tapılması ilə izah ediblər. Lakin bu iddialar məhkəmə istintaqı tərəfindən qəbul edilməyib. 

Məhkəmənin 13 sentyabr tarixli hökmü ilə qəzanı törədən Omraşa Kərimova 9 il həbs cəzası verilib. Onun əlavə olaraq 4 il nəqliyyat vasitəsi idarə etmək hüququ da məhdudlaşdırılıb.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti