Bakıda gizli təşkilat ifşa oldu: Sabiq diplomat həbs olundu

Bakıda özlərini şərti olaraq "Ulduz Metrosunun Uşaqları" adlandıran və dövlətin içinə sızmağa çalışan gizli təşkilat ifşa olunub.

Bu barədə Qafqazinfo saytı məlumat yayıb.

Həmin məlumatda bildirilir:

"Mediadan çoxlarına bəlli olan diplomat Ramiz Vəliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirildiyi dövrdə dövlətə qarşı təxribat xarakterli kampaniyaların araşdırılması ilə bağlı davam edən cinayət işi üzrə həbs edilib.

Azərbaycanın xarici ölkələrdəki səfirliklərində məsul vəzifələrdə çalışmış Ramiz Vəliyevin Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq orqanı tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə törədilmiş əməllərdə şübhəli bilindiyi məlum olub.

Belə ki, onun öz xidməti vəzifələrindən irəli gələn əlaqə və informasiyalara malik olmaqla, diplomatik fəaliyyətdən kənar gizli əməllərlə də məşğul olduğunu ehtimal etməyə əsaslar yaranıb.

R.Vəliyev istintaqa ifadələrində artıq hər şeyi etiraf edib və bəlli olub ki, uzun müddət dövlətin səbrinə məhəl qoymadan onun əleyhinə fəaliyyətində heç də tək olmayıb. O və onun kimi bir neçə şəxsdən ibarət olan dəstə əsl detektiv seriallarda olduğu kimi şəbəkə formasında dövlət içərisində dövlətçilik etmək niyyətinə düşmüş təşkilat tərəfindən idarə olunub. Həmin təşkilat şərti olaraq "Ulduz Metrosunun Uşaqları” (UMU) adlandırılıb. Şəbəkə üçün çox mükəmməl təhlükəsizlik parametrləri olan internet resursu yaradılıb və onun ixtiyarına verilib, dövlətə qarşı informasiya təxribatları və istintaqla araşdırılmalı olan diversiyalar törədilib.

R.Vəliyevin fəaliyyəti kuratorları Niyaz və Toğrul adlı şəxslər tərəfindən idarə olunub. Düzdür, iz itirmək üçün Niyaz qısa zamanda işdən azad edilsə də, bu heç də onun və digər kuratorların istintaqdan yayınacağı anlamına gəlməməlidir.

Azərbaycanın Misirdəki Səfirliyində müşavir vəzifəsində çalışaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edən Ramiz Vəliyev ölkənin maraqlarını qorumaq əvəzinə, "mənəm-mənəmlik” sindromundan əziyyət çəkən bir qurumun rəhbərinin əmrləri ilə öz dövlətinə qarşı işləyib. Şəbəkə Xarici İşlər Naziri Ceyhun Bayramov, Prezidentin köməkçisi Hikmət Hacıyev, Prezidentin xüsusi nümayəndəsi Elçin Əmirbəyov xarici ölkələrə səfər edən zaman Bakıdakı kuratorları vasitəsilə təlimatlar alaraq həmin ölkələrin Xarici İşlər Nazirliklərinə, Azərbaycana düşmən kəsilmiş media resurslarına kompromatlar ötürüb, "diktatura” rejimini təmsil edən bu şəxsləri qəbul etməməyə çağırıb. R.Vəliyev XİN sistemində işə bərpa olunduğu üçün onun daxili materiallara çıxışı olub və ətrafına çəkdiyi mütəşəkkil dəstə vasitəsilə bu materialları aidiyyəti ünvanlara ötürüb.

Dəhşətlisi budur ki, bu adamların iş prinsipi Ermənistan və erməni lobbisinin iş prinsipləri ilə eynidir.

Bu şəbəkənin əsas işlədiyi və məlumat ötürdüyü şəxs Azərbaycan xalqının düşməni olan Rasmus Kanbek (Rasmus Canbäck) olub: Bu ad Azərbaycan ictimaiyyəti üçün çox şey deməsə də, Qərbdən idarə edilən, xüsusilə erməni diasporu/lobbisi ilə bu və ya digər formada bağlı olan şəbəkənin "xaç atalarından” biridir.

İsveçrəli olan Kanbek "frilanser” kimi fəaliyyət göstərir. Məqalələrinin əsas yayım platforması isə "Blankspot” internet jurnalıdır. Uzaq Skandinaviyadan olan Kanbekin bütün jurnalistika fəaliyyəti əsasən Azərbaycana qarşı məqalələrin hazırlanmasından ibarətdir. Onun məqalələri sayəsində "Blankspot” saytı təmsil etdiyi ölkənin, yaxud regionun məsələlərindən daha çox, Azərbaycan haqqında yayımçıya çevrilib".

Məqalədə daha sonra bildirilir ki, ayrı-ayrı şəxslərin üzərində işləyib onlardan şəbəkə formalaşdıran, dövlət içərisində dövlətçilik etmək istəyən UMU-nun iş metodları artıq çoxdan məlumdur. İstintaq araşdırmasında dəstənin xaricdə Azərbaycana qarşı fəaliyyət göstərən bloggerlərə, internet resurslarına məlumat ötürdüklərini ortaya çıxıb:

"Şəbəkə və onun başında duranlar o qədər azğınlaşıblar ki, Prezidentin Təhlükəsizlik Xidmətinin fəaliyyətinə aid olan məsələləri xaricdəki söyüş bloqerlərinə ötürür və bununla da aidiyyəti dövlət qurumunu ittiham obyektinə çevirməyə çalışırlar. Görünür, oliqarxalarla oturub-duran, xarici xüsusi xidmət orqanlarının rəhbərlərinin pullarını gizlincə Azərbaycana gətirən bu özündənrazı müştəbehlərin də rahat bazarları və "qlobus” xarakterli biznesləri, yaxud da İsveçrə və Dubaydakı dəm-dəsgahları haqqında danışmağın vaxtıdır.

Göründüyü kimi, həm şəbəkə, həm də onu təşkil edərək istiqamətləndirənlər artıq ifşa olunub. Əminliklə demək olar ki, istintaq prosesi zamanı əlavə yeni detallar, simalar üzə çıxacaq. Çünki ölkəmizin bəzi diplomatik nümayəndəliklərində yatan hüceyrələr hələ də qalmaqdadır. Buna görə də indi gizlində olduqlarını zənn edənlər yaxşı-yaxşı fikirləşməlidirlər. Hələ ki gec deyil, haqqa gəlməyin vaxtıdır, R.Vəliyev kimi istifadə olunub sonra da atılmaqdan sığortalana bilərlər. Bunun üçün ziyanlı yoldan dönmək və səmimi etiraf ən düzgün çıxış yoludur. Son dövrlərin uğurlu əməliyyatları da göstərir ki, ölkədaxili və xaricdəki antimilli ünsürlər ifşa olunur və qanun qarşısında cavab verirlər".

18 Dekabr 2024 Dağlıq rayonlarda 8 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVA
18 Dekabr 2024 Əvvəl ərə, sonra 8-ci sinfə gedib...
17 Dekabr 2024 Müasir gənclərin yaxta dələduzluğu - Bakı polisindən əməliyyat - FOTO
17 Dekabr 2024 Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
16 Dekabr 2024 Azərbaycanda törədiləcək sensasion plan ifşa edildi - DTX əməliyyatı
16 Dekabr 2024 Direktor ev dustağı oldu - Yarım milyona yaxın ödəyib
16 Dekabr 2024 Bakıda "2 təkər qaldıran" sürücü həbs edildi - Video
16 Dekabr 2024 Ağadadaş Ağayevin balta ilə qovduğu mühafizəçinin məhkəməsi başlayır – BARIŞIQ OLACAQ?
11 Dekabr 2024 Elçibəyin evini o qarət edibmiş
11 Dekabr 2024 DİN-dən diplomsuz plastik cərrahlarla bağlı açıqlama - “Cəzalar olacaq”
10 Dekabr 2024 Məktəb direktoruna şiddətli TÖHMƏT VERİLDİ
10 Dekabr 2024 Bakıda gecə şaxta olacaq, sulu qar yağacaq - BU TARİXDƏ…
10 Dekabr 2024 Ağsuda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var
07 Dekabr 2024 Azərbaycanda ərazi icra nümayəndəsinin meyiti tapıldı - YENİLƏNİB
07 Dekabr 2024 Qadın boğazı kəsilərək öldürüldü: Oğlu və kürəkəni...
07 Dekabr 2024 General Məmmədov 138 ay həbs cəzası aldı - Qalmaqallı məhkəmə bitdi
06 Dekabr 2024 Qubada 102 minlik dələduzluq: saxlanılanlar var
05 Dekabr 2024 Bakıda "Honda" səkiyə çırpıldı: Piyada son anda xilas oldu - Anbaan görüntülər
05 Dekabr 2024 Tovuz məktəbində yanğın: şagird və müəllimlər təxliyə edildi
05 Dekabr 2024 Azərbaycanda baş verən ən ağır təyyarə qəzasından 29 il ötür

Xəbər lenti