|
Azərbaycanda daha bir qadın mədəkiçiltmə əməliyyatı zamanı dünyasını dəyişib.
Modern.az-ın məlumatına görə, Sevinc adlı xanım dünən mədəkiçiltmə əməliyyatına girib və gecə saatlarında həyatını itirib. Xanımın azyaşlı övladı var.
Mərhumun Bakı Dəmiryol Xəstəxanasının işçisi olduğu bildirilir.
Bazar günü olduğundan Bakı Dəmiryol Xəstəxanası ilə əlaqə saxlamaq mümkün olmayıb.