Dövlət Xidmətinin 249 əməkdaşı məsuliyyətə cəlb olunub

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamının, korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılması ilə bağlı tələb və tapşırıqlarının icrasını təmin etmək məqsədilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində kompleks tədbirlər, o cümlədən normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində müvafiq işlər davam etdirilir.

Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq 2023-cü ildə 78, ötən ildə 249 əməkdaş barəsində intizam tənbehi və təşkilati-ştat tədbirləri görülmüş, o cümlədən 13 əməkdaş mənfi motivlə ehtiyata buraxılmış və əmək müqaviləsinə xitam verilmişdir. 2023-cü ildə 15 fakt üzrə 22, 2024-cü ildə isə 51 fakt üzrə 95 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.

“Müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 06.09.2023-cü il tarixli 2317 nömrəli Fərmanının icrası ilə bağlı müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı barəsində 4 yararlılıq kateqoriyası üzrə qərar qəbul edilmiş vətəndaşların yekun tibbi müayinəsi 01.07.2024-cü il tarixdən etibarən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir. Həmin prosesdə iştirak edən aidiyyəti qurumlar arasında məlumat mübadiləsinin elektronlaşdırılması və optimallaşdırılması korrupsiya hallarının qarşısının alınmasında, obyektivliyin təmin edilməsində və şəffaflığın artırılmasında müsbət nəticələr verməkdədir.

Bununla yanaşı ölkə başçısının 29.12.2024-cü il tarixli Fərmanı ilə vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılmasını tənzimləyən qanunvericilik aktlarında, eləcə də Cinayət, İnzibati Xətalar və Miqrasiya Məcəllələrində dəyişikliklər olunub, bu da xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsinə, eləcə də hərbi xidmətdən boyun qaçırma hallarının qarşısının alınmasına xidmət edir.

Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların “9100 Çağrı Mərkəzi”nə və ya info@seferberlik.gov.az elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti