|
Türkiyədə saxta qızıl satan azərbaycanlı həbs edilib.
Antalya şəhərinin Kazım Özal prospektində fəaliyyət göstərən zərgərlik mağazalarından birindən polisə onlara saxta qızıl satılması ilə bağlı müraciət daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində G.B. adlı şəxs başqa mağazaya saxta qızıl satarkən tutulub.
Həmin şəxsin üzərindən 26,21 qram saxta qızıl aşkar edilərək götürülüb.
Faktla bağlı aradşırma aparılır.