Tanınmış biznesmen həbs edildi

Azərbaycanla yanaşı, Çin, Türkiyə, Qırğızıstan kimi ölkələrdə şirkətləri olan iş adamı Rövşən Mehdiyev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, biznesmen dələduzluqda ittiham olunur.

“Union Logistika” yükdaşıma şirkətinin rəhbəri olan R.Mehdiyev bu şirkətlə bağlı da cinayət məsuliyyətinə cəlb edilib. Bir müddət əvvəl şirkətin xidmət öhdəliyini yerinə yetirməməsi barədə sayta da şikayətlər daxil olmuşdu. Müştərilər deyirdilər ki, Çindən aldıqları müxtəlif növ məhsulları logistika şirkətinə təhvil versələr də, aylardır mallar gəlib çıxmır. Həmin vaxt “Union Logistika”nın nümayəndəsi yanvar ayının sonuna kimi malların sahiblərinə təhvil veriləcəyini demişdi.

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsində aparılan istintaqla şikayətçilərlə müqavilə bağlayan şirkətin rəhbəri Rövşən Mehdiyev cinayət məsuliyyətinə cəlb edilib.

İstintaq orqanı zərərçəkmişlərin hələ də şikayətçi olması və prosesin gedişinə maneə yaranmaması üçün iş adamının sərbəst qalmasına razılıq verməyib. Zərərçəkənlərə dəymiş ziyan yarım milyona yaxın qiymətləndirilir.

Nərimanov Rayon Məhkəməsinin qərarı ilə R.Mehdiyev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, R. Mehdiyev dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən “Caspian Energy Club”un Qırğızıstan nümayəndəliyinin də sədridir. Bu barədə mediada çoxsaylı məlumatlar yayılıb. O, 20 ildir biznes fəaliyyəti ilə məşğuldur. Çində “Falson”, Qırğızıstanda “Brok Magistr”, Türkiyədə “AEMİ” şirkətlərinin rəhbəridir. Mehdiyev 2022-ci ildə Azərbaycanda “Union Logistika” şirkətini yaradıb.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti