100-qadinin-fotolari-ile-soyuslu-videolar-paylasmisdi

Azərbaycanda saxta profillərlə çoxsaylı qadınların fotolarından ibarət söyüşlü videolar yayan şəxsin kimliyi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisin həyata keçirdiyi tədbirlərlə sosial şəbəkə istifadəçisi olan qadınların fotolarını icazəsiz götürərək nalayiq formada paylaşan şəxsin Masallı rayon sakini 2000-ci il təvəllüdlü H.Paşalı olması müəyyən edilib.

Onun “TikTok” sosial şəbəkəsində 5 saxta profili idarə etməsi və topladığı fotoların fonunda söyüşlü, qeyri-etik ifadələr yerləşdirərək həmin səhifələrdə yayması məlum olub.

Bildirilib ki, H.Paşalının əməlləri ilə bağlı bir neçə qadın polisə müraciət etdikdən sonra araşdırma aparılıb. Saxta profillərin Masallıda yaşayan şəxs tərəfindən idarə edilməsi məlum olandan sonra o, fevralın 16-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlan Masallı Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində təxminən 100 qadının fotolarını götürərək hazırladığı videolarda istifadə etdiyini bildirib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxsə 20 gün həbs cəzası verilib.

 

 
 
21 Fevral 2025 Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı
21 Fevral 2025 Xəzər dənizində zəlzələ bas verib
20 Fevral 2025 Bakıda ağır qəza: ər və arvad öldü
19 Fevral 2025 Ceyhun Cəfərovun cəza müddəti bitdi - Azad edildi
19 Fevral 2025 AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı bu ilin dekabr ayına qədər hazır olacaq
19 Fevral 2025 Ermənilər 19 minə yaxın azərbaycanlını qəsdən öldürüb - RƏQƏMLƏR
18 Fevral 2025 Hərbi cinayətlər törətməkdə təqsırləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
18 Fevral 2025 Daha bir qanunsuz tikili söküldü - Video
17 Fevral 2025 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb
17 Fevral 2025 “Deyirdi ki, evdə hamınızı partladacağam...”
17 Fevral 2025 Qaradağlı faciəsindən 33 il ötür
15 Fevral 2025 Seçkilərdə qalib gəldi, bir gün sonra öldü
15 Fevral 2025 Bakıda iki avtomobil toqquşub, ölən və xəsarət alan var
14 Fevral 2025 Bakıda "Bolt" sürücüsü sükan arxasında yatdı: 3 nəfər öldümdən döndü - FOTO
14 Fevral 2025 Həbs edilən “qumar kralı”nın işində sensasion məlumat - 161 milyon…
14 Fevral 2025 Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir
14 Fevral 2025 Ağdamda yük maşını minaya düşdü
14 Fevral 2025 Biləsuvarda vəzifəli şəxs vəfat etdi
14 Fevral 2025 Ağdamda insan sümüklərinin qalıqları aşkarlanıb
14 Fevral 2025 Nərimanovda 2 nəfər küçədə öldü

Xəbər lenti