Mətbuat Şurası bağlanan verilişdə deyilənlərlə bağlı bəyanat yaydı

Mətbuat Şurası “Kanal S”də baş verənləri pisləyib.

Şuradan Ölkə.az-a bildirilib ki, son dövrlər Azərbaycanın televiziya məkanında efir mədəniyyətinə riayət edilməməsi, ayrı-ayrı teleaparıcıların, veriliş iştirakçılarının etik qaydaları və ümumi normaları pozması halları artıb.

Qeyd edilib ki, "Kanal S” telekanalının yayımında yaşananlar da bu baxımdan diqqət çəkməkdədir: "Telekanalda veriliş aparıcısı olan hər bir şəxs jurnalist statusundadır. Jurnalist isə iddialı danışıq tərzindən uzaq durmalı, səsinin tonunu yüksəltməməli, mimika və jestikulyasiyalarına diqqət yetirməli, konkretliyi qorumalı, qıcıqlandırıcı ifadələr işlətməməli, aşırı şəxsi mövqe və fikir nümayişindən çəkinməli, müsahiblərinə, çağrılmış qonaqlara hörmət və nəzakətlə yanaşmalı, onlara münasibətdə qınayıcı, linçedici mövqe tutmamalıdır".

"Aparıcı-jurnalist nəzərə almalıdır ki, istənilən mövzudakı müzakirəni adi məişət səviyyəsinə endirmək, bayağılaşdırmaq eybəcər mənzərə və efir kirliliyi doğurur. Bu isə media peşəkarlığına tamamilə ziddir. Təəssüf ki, “Kanal S”in aparıcısı Nigar Fərhadın təqdimatında vurğuladığımız cəhətlər qətiyyən nəzərə alınmadı. O, özünün yolverilməz tərzi, ümumi dəyərlərə zidd davranış ilə geniş ictimaiyyətin narazılığına, hətta qəzəb və hiddətinə səbəb oldu.

Bütün bunları nəzərə alan Azərbaycan Mətbuat Şurasının Etika Komissiyası “Kanal S” telekanalının efirində yaşananlardan həm təəssüfləndiyini bildirir, həm də baş verənləri qətiyyətlə pisləyir. Komissiya bu qənaətdədir ki, sözügedən telekanalın rəhbərliyi belə xoşagəlməzliklərin qarşısını almalı, yolverilməz təqdimatların gələcəkdə təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir"- Şuradan bildirilib..

Həmçinin vurğulanıb ki, Komissiya, ümumən Azərbaycan teleməkanına məsul şəxsləri ictimai maraq və mənafelərin müdafiəsinin vacibliyi prinsipini rəhbər tutaraq, aparıcı seçimi, ekran etikası və efir məsuliyyəti məsələlərinə həssas yanaşmağa, sensasiya xatirinə əxlaq və davranış qaydalarının heçə sayılması təmayüllərinə, mənəvi dəyərlərdən uzaq hərəkətlərin adiləşməsinə, habelə cəmiyyətin axarına və dinc yaşam nornalarına qarşı təhdid mahiyyəti daşıyan hallara biganə qalmamağa çağırır.

07 Aprel 2025 Azərbaycanda satılan kolbasanın içərisindən metal çıxdı
07 Aprel 2025 Mövqelərimiz intensiv atəşə tutuldu
07 Aprel 2025 Azərbaycanda həkim yad cisim udan uşağa soyuqlama əleyhinə müalicə yazdı
07 Aprel 2025 Hərbçimiz minaya düşərək həlak oldu - Foto
07 Aprel 2025 Avtomobilə basqın edib 200 min dollar apardılar - Fotolar
05 Aprel 2025 Vətən müharibəsi qazisi faciəli şəkildə həlak oldu
04 Aprel 2025 Səhifə yaradıb dələduzluq etdi
04 Aprel 2025 DTX-nin casus proqramlarına görə həbs etdiyi azərbaycanlı hakerin məhkəməsində şahid: Ona 80 min manat vermişəm
03 Aprel 2025 Dağ yolları ilə qaçan Balasanyan İrəvanda meydanda görünüb
03 Aprel 2025 Astarada PUA ilə narkotik daşıyan daha bir marşrut ifşa edildi
03 Aprel 2025 Dövlət qurumunda dava - Həbs edilən var
03 Aprel 2025 Ağdərədə insan sümükləri tapıldı
03 Aprel 2025 SON DƏQİQƏ! Bu qurumda əməliyyat keçirildi - Saxlanılanlar var
03 Aprel 2025 Əhaliyə XƏBƏRDARLIQ edildi - 5 apreldə 5 bal gücündə…
02 Aprel 2025 Məşhur markanın cipslərində həyati təhlükə: Təcili şəkildə bazardan yığışdırılır - FOTO
02 Aprel 2025 Dövlət qurumunda korrupsiyaya görə 39 nəfər məsuliyyətə CƏLB EDİLİB
02 Aprel 2025 Turizm Agentliyində yoxlama aparılır - Detallar AÇIQLANDI
02 Aprel 2025 Sumqayıtda yataqxanada yanğın - 14 nəfər təxliyə edildi
02 Aprel 2025 Həkim üzgərmə əməliyyatında canlı yayım açdı - Araşdırma BAŞLADI
02 Aprel 2025 Taleh Qaraşov DTX-də ifadə verib - Məhkəməyə adaşını göndərdi

Xəbər lenti