DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, "Ultra Technologies" şirkətinin gizli məlumatlarına giriş edib: “Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə məqsədim yoxlamaq olub, maddi gəlir kimi məqsəd güdməmişəm. Azərbaycanda serverlərə müdaxilənin qarşısının alınması üçün milli proqram yaratmaq istəmişəm. Bunun üçün də xaricdən olan şirkətlərin gizli məlumat bazalarına daxil olmaqla test etmişəm. Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub".

Daha sonra hakim təqsirləndirilən şəxsin ifadəsindən bir hissəni elan edib. Həmin ifadədən məlum olub ki, onun şəxsi kompüterində zərərli proqramlar, gizli yazışmalar, kibermüdaxilələr, kriptopullar aşkar edilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, "Karnaval" ləqəbli şəxslə əlaqəsi olub, ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb.

Bundan başqa, təqsirləndirilən şəxsin Argentinaya məxsus dəniz şirkətinin serverində olan gizli məlumatları əldə edib və 350 dollara satıb.

Hakim daha sonra səsləndirdiyi ifadələrdən məlum olur ki, təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-yə məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.

Sualları cavablandıran təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib. Bildirib ki, gördüyü işlərdə qanunsuz hərəkətlər etməyib: “Mən hakerəm. Xarici ölkə hakerlərində zərərli vasitələrin sistemə daxil olmasının qarşısının alınması üçün proqramlar olub. Amma bizdə belə proqram olmayıb. Mən də bu proqramın millisini yaratmaq istəmişəm. Məqsədim də xeyirli iş görmək olub".

T.Əliyev bildirib ki, "İdrak" şirkətinin rəhbəri Hikmət Abdullayev ona 80 min manat verib və deyib ki, bu işləri həyata keçirsin: "Mənim məqsədim həmin proqramları hazırlamaq və dövlətə təqdim etmək olub. Başqa niyyətim olmayıb. İşi göstərib, iş qazanmaq istəmişəm".

Proses mayın 1-də davam edəcək.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

T.Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı
15 Aprel 2025 İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Xəbər lenti