Dələduzluqda və reketçilikdə təqsirləndirilərək həbs edilən jurnalistin məhkəməsi davam etdirilir.

O, məhkəmənin çağırışlarına məhəl qoymadığı üçün həbs edilib. Jurnalistin dələduzluqdan başqa daha ağır cinayət əməli törətdiyi də üzə çıxıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur Məmmədovun (Elnur Vaqifoğlu) cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında məlum olub ki, Elnur Məmmədov öz qohumu olan Orxan Mehrəliyevə qarşı dələduzluq edib.

Belə ki, E.Məmmədov qohumundan 10 min manat alaraq məhkəmədə olan işini onun xeyrinə həll etdirəcəyini vəd edib. Amma vəd edilən iş baş tutmayıb. Orxan Mehrəliyevin şikayəti əsasında Elnur Məmmədov barəsində cinayət işi açılıb və ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham elan edilib. Elnur Məmmədov həbs edilməyib və onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Amma iş məhkəməyə göndərilən zaman isə Elnur Məmmədov proseslərdə iştirak etməyib. Beləliklə bir neçə ay məhkəmədən yayınıb. O, məhkəməyə gəlmədiyi üçün barəsində həbs qərarı çıxarılıb. Sonuncu məhkəmə iclasında zərərçəkmiş kimi iştirak edən Orxan Mehrəliyev ona dəymiş ziyanın ödənildiyini bildirərək şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmədə dövlət ittihamçısı çıxış edib. Prokuror E.Məmmədovun 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hakim bildirib ki, E.Məmmədov barəsində Ağdam Rayon Məhkəməsinin də hökmü var. E.Məmmədov həmin hökmdən apellyasiya şikayəti verib. Hakim apellyasiya məhkəməsinin qərarını gözlədiklərini bildirib.

Bildirək ki, E.Məmmədovdan Ağdam rayonunun sabiq icra başçısı Raqub Məmmədov şikayətçi olub. Raqub Məmmədov icra başçısı olan zaman Elnur Məmmədovun onun barəsində böhtan xarakterli yazılar yazmasına görə şikayətçi olub.

Məhkəmə iclası iyulun 11-də davam edəcək.

Qeyd edək ki, Elnur Məmmədov dələduzluğa görə həbs edilən ərəfədə onun daha bir cinayət hadisəsinin iştirakçısı olduğu üzə çıxıb. Daxili işlər orqanlarının mayın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilən Elnur Məmmədovun şantaj və hədə-qorxu ilə məşğul olduğu da üzə çıxıb.

Aparılan araşdırmalarla onun reket jurnalist kimi fəaliyyəti göstərməsi, tez-tez bölgələrə gedərək gizli videoçəkilişlər aparması, şantaj, hədə-qorxu və dələduzluq yolu ilə müxtəlif qurumlardan, bəzi dövlət idarələrindən, rəhbər vəzifəli şəxslərdən birdəfəlik və ya aylıq haqq alması məlum olub.

E.Məmmədovla yaxın əlaqələrdə olan daha 4 xəbər saytının təsisçiləri və baş redaktorları ilə əlbir olaraq müxtəlif vaxtlarda Ağdam rayonunun bəzi rəhbər vəzifəli şəxslərinin məhz işdən azad olunmaları istiqamətində mütəmadi olaraq barələrində neqativ məzmunlu məqalələr yazması müəyyən edilib. Məlum olub ki, reketlər şantaja məruz qoyduğu şəxslərdən poçt vasitəsi ilə 100-150 AZN məbləğində bir neçə dəfə pul alıb, eyni zamanda həmin vəzifəli şəxslərdən onun üçün rayonun məktəblərindən pul yığmalarını tələb edib.

Onlar əsasən Ağdam və ətraf rayonlardan olan digər vəzifəli şəxslərdən pul alıb, pul verməyəcəkləri təqdirdə sosial şəbəkələrdə, öz saytında və yaxın ətrafına daxil olan həmkarlarının xəbər portallarında barələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və bu kimi çoxlu sayda digər faktlar müəyyən edilib.

E.Məmmədovun ətrafında davam etdirilən araşdırma nəticəsində 2018-ci il fevralın 9-da Ağdam şəhər sakini Polad Zeynalovun həyətindən silah-sursatın aşkar olunması faktına görə Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə istintaqı aparılan cinayətin açılması da təmin edilib. Müəyyən olunub ki, Ağdam rayon sakinləri – 1-ci Yüzbaşlı kənd orta məktəbinin direktoru Polad Zeynalov və həmin məktəbin müəllimi Vüsal Əliyev arasında iş prosesində münaqişə yaranıb. Müəllim direktora problemlər yaratmaq üçün tanışı Elnur Məmmədova müraciət edərək ona məxsus “dosye.az” saytında işlədiyi məktəb haqqında neqativ məzmunlu məqalələr dərc etməyi sifariş verib.

V.Əliyev bununla kifayətlənməyərək P.Zeynalovu həbs etdirmək qərarına gəlib və bu məqsədlə 2017-ci ilin dekabr ayında yeznəsi Rizvan Mirzaliyevlə birlikdə onun qanunsuz olaraq saxladığı 2 ədəd əl qumbarası, 3 ədəd əl qumbarasına aid alışqan, 3 ədəd “Kalaşnikov” avtomatına aid daraq və 9 ədəd patronu direktor P.Zeynalovun həyətyanı sahəsində gizlədiblər.

Bundan sonra E.Məmmədov hüquq-mühafizə orqanlarının birində işləyən tanışına müraciət edərək direktorun qanunsuz silah saxlaması barədə məlumat verib. 2018-ci il fevralın 9-da həmin məlumat əsasında sonuncunun evində və həyətində axtarış aparılıb və oradan V.Əliyev və R.Mirzaliyevin gizlətdikləri silah-sursat aşkar olunub. Dindirmə zamanı Elnur Məmmədov, Vüsal Əliyev və Rizvan Mirzaliyev törətdikləri cinayəti etiraf edib, hər üç şəxs həbs olunub. Hər üç şəxs barəsində istintaq tədbirləri davam etdirilir.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti