|
Ötən gün gecə saatlarında Bakının Keşlə qəsəbəsində güllələnmə baş verib.
Axar.az xəbər verir ki, hadisə 10 TO 170 dövlət nömrə nişanlı “Hunday Elantra” markalı avtomobildə baş verib.
Maşında olan 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov adlı 2 nəfər güllələnib.
T.Babayev hadisə yerində dünyasını dəyişib. A.Bağırov isə ağır yaralı halda 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Ona mədə divarınn açıq güllə yarası diaqnozu qoyulub.
Hadisənin kim və ya kimlər trəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.