Rusiyanın Stavropol diyarında marşrut mikroavtobusun aşması nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının kimliyi, hadisənin təfərrüatı və yaralıların vəziyyətləri ilə bağlı detallar məlum olub.

 

Stavropolda “Araz” Azərbaycan Cəmiyyətinin sədri Təhmasib Zeynalov Report-a bildirib ki, hadisə yanvarın 6-da yerli vaxtla saat 12:00 radələrində Levakumsk şəhəri yaxınlığında Kaçubey – Minvod yolunda baş verib.

Bakı-Moskva marşurutu ilə hətrəkət edən mikroavtobus idarəetməni itirib, ağaca dəyərək aşıb. Hadisə zamanı avtomobildə 12 nəfər Azərbaycan vətəndaşı olub. Onlardan 4 nəfər ağır yaralandığı üçün Budyenovsk şəhər xəstəxanasına yerləşdiriliblər. Bunlar Azərbaycan vətəndaşları sürücü 1979-cu il təvəllüdlü Musayev Vüqar Zahir oğlu, sərnişinlər 1984-cü il təvəllüdlü Məmmədov Mikayıl Bilal oğlu, Mustafayev Musa Bəhrəm oğlu və Mustafayev Eldar Musa oğludur. Yerdə qalanlardan 4 nəfər Moskvaya göndərilib, 3 nəfər Levakumsk şəhərində diaspor tərəfindən otelə yerləşdirilib, 1 nəfər isə Azərbaycana göndərilib. T. Zeynalov bildirib ki, hadisə baş verən kimi Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi məsələyə həssaslıqla yanaşıb, hadisə ilə yaxından maraqlanıb:

“Yerli diaspor təşkilatı olaraq hadisədə zərərçəkənlərin yerləşdirilməsi və müalicəsi üçün nə lazımdır edirik”.

O qeyd edib ki, hazırda 4 yaralının vəziyyəti ağırdır, ciddi həkim nəzarətindədirlər. Digər otelə yerləşdirilən sərnişinlərin sənədləri polisdən qaytarılan kimi onlar da vətənə göndəriləcək.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti