|
Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsi saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Millidəstək.az-a verilən məlumata görə, Yanvarın 6-da Qusar rayonunun Cağar kəndinin meşə zolağında qanunsuz ov etmək istəyən Çiləgir kənd sakini Bəhmən Hacıyev saxlanılaraq şöbəyə gətirilib. Ondan bir ədəd “Churchill” markalı ov tüfəngi götürülüb.
Saxlanılan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.