|
Quba rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-dən Axar.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Tülər kəndi ərazisində ölkəmizdə ovlanması qanunla qadağan olunmuş meşə fonduna aid bir baş ceyran ovlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Araşdırmalarla onun həmin kənd sakini Habil Muradov olduğu müəyyən edilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.