Bəzi "ağıllı" sürücülər dayanma-durma qaydasını pozanda nömrənin üstünü bağlayırlar ki, qadağan olunmuş yerdə parklanma etdiklərinə görə BNA kameraları onları cərimələyərkən müəyyən edə bilməsin.

Ancaq sürücülər başa düşmür ki, elə nömrənin üstünü bağlamağa görə 800 manat cərimə nəzərdə tutulub.

Bu sözləri Axar.az-a nəqliyyat eksperti Elməddin Muradlı dayanma-durma qaydalarını pozan, qadağan olunmuş yerlərdə avtomobil saxlayanların cərimə olunmamaq üçün nömrələrini bağlayan sürücülərlə bağlı danışarkən bildirib.

Ekspertin sözlərinə görə, nömrənin üstünü xüsusi örtüklə bağlamağın cəriməsi dayanma-durma qaydasını pozmağa görə nəzərdə tutulmuş cərimədən qat-qat yüksəkdir və 20 manatlıq cəriməyə görə belə risk etməyə dəyməz:

“BNA belə faktları aşkar etdikdə dərhal Dövlət Yol Polisinə məlumat verəcək və həmin sürücü mütləq şəkildə 800 manat cərimələnəcək”.

Ekspert həmçinin bildirib ki, dayanma-durma qaydalarını pozanları cərimələməklə parallel, yeni dayanma-durma yerləri müəyyən etmək, bəzi yerlərdə saatdan və günlərdən asılı olaraq parkinqə icazə vermək lazımdır. Əks halda sürücülərin narazılığı və çarəsizliyi qaçılmazdır.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti