|
Biləsuvar rayonunda 3 nəfərin ölümü, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.
Axar.az Report-a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib.
Digər iki yaralı - 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini 1953-cü il təvəllüdlü Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.
Hazırda ölən digər iki şəxsin kimliyi dəqiqləşdirilir.
Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.
Faktla bağlı araşdırma aparılır.