Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Oğuz ra­yonunun Fil-filli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahə­sində qaya daşlarının altında gizlədilmiş şəkildə istifadəyə yararlı “TOZ-8-01” markalı yivli silah sahibsiz aşkar olunub.

DSX-dən Axar.az-a verilən məlumata görə, hadisə yanvar ayının 21-də qeydə alınıb.

Yanvarın 29-da, DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Qazax rayonunun Sınıqkörpü kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində yerləşən “Qırmızı körpü” tarixi abidəsinin təmir işləri ilə məşğul olan şirkətin fəhləsi Qazax rayon Hüseynbəyli kənd sakini 1994-cü il təvəllüdlü Sadiqi Adil Valeh oğlundan aksiz markası olmayan 48 blok (qutu) siqaret aşkar olunaraq götürülüb. Araşdırma zamanı qeyd olunan tütün məmulatlarının Gürcüstandan Azərbaycan Respublikasına qaçaq­malçılıq yolu ilə gətirilməsi məlum olub.

Yanvarın 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Şəki rayo­nunun Baş Zəyzid kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Şəki rayonu­nun Baş Zəyzid kənd sakinləri 1971-ci il təvəllüdlü Ağaşirinov Hümmət Bəhram oğlu, 1989-cu il təvəllüdlü Kərimov Məhərrəm Nadir oğlu, 1994-cü il təvəllüdlü Musayev Araz Bəylər oğlu və 1969-cu il təvəllüdlü Kərimov Ələskər Sabir oğlu qanunsuz ov etdikləri üçün sərhəd rejim pozucusu qismində saxlanılıb. Onların üzərinə baxış keçirilərkən 3 ədəd ov tüfəngi, 32 ədəd patron və 2 ədəd patron qabı aşkar olunaraq götürül­üb.

Qeyd olunan faktlar üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

19 Aprel 2025 Qubada qaya parçaları yola düşdü - Kəndlərlə əlaqə kəsildi - Video
19 Aprel 2025 Zəhərlənmə bu şadlıq evində olub - Say 32 nəfərə çatıb-Yenilənib
19 Aprel 2025 Dünən də kartlardan oğurluq edilib - 21 min manatdan çox...
19 Aprel 2025 Bakıda toyda dəhşət: 32 nəfər xəstəxanalıq oldu
19 Aprel 2025 MövqeIərimiz atəşə tutuldu
18 Aprel 2025 “O, başçı idi, hər kəsi göndərə bilərdi, amma fədakarlıq etdi...” - Video
18 Aprel 2025 DTX-nin saxladığı haker: Məqsədim xeyirli iş görmək olub
18 Aprel 2025 Başlıbel qətliamından 32 il ötür
17 Aprel 2025 Məhkəmədə tükürpərdən faktlar açıqlandı - Fotolar
17 Aprel 2025 Ordumuzun mayoru vəfat etdi
17 Aprel 2025 Şabran sonuncu dəfə 30 il əvvəl bu vəziyyətə düşmüşdü: evləri sel apardı
17 Aprel 2025 Su basmış yerlərdən 33 uşaq təxliyə olunub - Video
17 Aprel 2025 Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
16 Aprel 2025 Yağışa görə ekskavatora sığındılar, onu da sel apardı - Ölən var - Yenilənib
16 Aprel 2025 6 ay sonra yenə Sabunçu tunelini su basdı - Video
16 Aprel 2025 Kartlardan daha 32 min manat oğurlandı
16 Aprel 2025 “Sədərəy”ı su basdı - Video
16 Aprel 2025 Köməksiz qalmış 20 nəfər təxliyə olundu - Video
16 Aprel 2025 Sumqayıtda ticarət mərkəzində yanğın başlayıb - FOTO
15 Aprel 2025 DTX Naxçıvan Səhiyyə Nazirliyində araşdırmalara başladı

Xəbər lenti