|
Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2019” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş tədbirlər nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Vəliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı evinin həyətində aqrotexniki qaydada qulluq etdiyi 40 çətənə bitkisi aşkarlanaraq götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.