|
Bakıda 22 yaşlı oğlan dənizdə batıb.
APA-nın məlumatına görə, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Fuad Mövlanov Sabunçu rayonu, Nardaran qəsəbəsindəki çimərlikdə boğularaq ölüb. Onun meyiti sudan çıxarılıb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.