|
Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, bu gün nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Nardaran və Bilgəh sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.