Sükan arxasında müxtəlif hərəkətlər edərək özünü və digərlərini təhlükəyə atmaq. Avtosfer.a-a müraciət ünvanlayan oxucumuz deyir ki, təəssüf ki, belə videolar sosial şəbəkələrdə yayılır. Əksər hallarda bu cür videolar çəkib paylaşanların heç sürücülük vəsiqəsi də olmur. Bəzi hallarda isə yeniyetmələr evdən icazəsiz pul götürür, hansısa sürücülük vəsiqəsi olan tanışının adına maşın kirayə götürərkən şəhərdə oyun çıxardırlar. Bu isə kobud qayda pozuntularına, ağır qəzalara gətirib çıxarır. Odur ki, valideynlər övladlarına nəzarət etsinlər. Onların sosial şəbəkələrdə profillərinə diqqət yetirsinlər. Əks halda övladlarının məsuliyyətə cəlb olunması ilə üz-üzə qalacaqlar.