|
Bakının Səbail rayonunda 2 avtomobilin toqquşması zamanı 1 nəfər xəsarət Yol-xeber.az APA-ya istinadən xəbər verir ki, hadisə Su İdmanı Sarayının yaxınlığında baş verib. Belə ki, minik avtomobili əks istiqamətdə hərəkətdə olan "Hyundai" markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə "Hyundai"da olan sərnişin - 2000-ci il təvəllüdlü Qasımova Əfsanə Məmməd qızı xəsarət alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.