Faktla bağlı araşdırma aparılır Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yol-xeber.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Hüşün kəndində qeydə alınıb. Rayon sakini Məmmədov Ruslan Ağabala oğlunun idarə etdiyi "VAZ-2107" markalı minik avtomobili ilə velosipedçi, Ağdaş şəhər sakini, 1985-ci il təvəllüdlü Məmmədov Əlibala Namizəd oğlunu vurub. Zərbənin təsirindən Əlibala Məmmədov su kanalına düşüb. Nəticədə o boğularaq ölüb. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.