|
Şamaxıda avtomobil hərəkətdə olarkən qəfildən yanmağa başlayıb. Bu barədə Avtosfer.az-a vətəndaşlardan biri məlumat verib. Vətəndaşın göndərdiyi videodan görünür ki, vətəndaşa məxsus "VAZ 2106" markalı avtomobil yanır. Yol polisi əməkdaşı isə yanğınsöndürən balonla avtomobili söndürməyə çalışır. Yanğınsöndürənlər gələnə qədər YPX əməkdaşı yanğının qarşısını qismən alır.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, avtomobili söndürər şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı, polis leytenantı Aydın İsayevdir. O, Müşfiq postunda xidmət aparır.
Videonu təqdim edirik: