|
"Yol-xeber.az"ın qafqazinfo-ya istinadən məlumatına görə, hadisə Qax-İlisu avtomobil yolunda baş verib.
Qax şəhər sakini, 1997-ci il təvəllüdlü Mustafa Füzuli oğlu Mirzəyev idarə etdiyi “Qaz 31 10” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolun kənarındakı dirəyə, sonra isə divara vurub.
Qəzadan sonra sürücü M.Mirzəyev və avtomobildə olan sərnişinlər - Qax şəhər sakinləri, 2001-ci il təvəllüdlü Ülfət Teymur oğlu Əhmədzadə, 1997-ci il təvəllüdlü Elvin Vasif oğlu Dəmirçiyev və 1999-cu il təvəllüdlü Sənan Abid oğlu Abidli aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Yaralılardan Ü.Əhmədzadə və M.Mirzəyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılıb. A.Abudlinin və E.Dəmirçiyevin xəsarəti yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar.
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.