Sağlamlığına yüngül zərə dəyənlərin statistikası aparılmır
"Ölkəmizdə müstəqillik illərində yol-nəqliyyat hadisələri üzrə statistik rəqəmləri təhlil edəndə dəhşətli mənzərə alınır. Rəsmi statistikaya inansaq, 1991-2018-ci illər üçün ölən və yaralananların sayı 100 minə çatmaqdadır." Yol-xeber.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov yazıb. Onun sözlərinə görə, bu ili də əlavə etsək, 100 minlik hədd aşılacaq. Onlardan: Ölənlər - 25386 nəfər: Yaralananlar (sağlamlığına ağır və ya az ağır zərər dəyənlər) - 74413 nəfər. Sağlamlığına yüngül zərə dəyənlərin statistikası aparılmır. Bu bəla ilə hamı mübarizə aparmalıdır. Ən azından hər kəs özündən başlamaqla.