|
Votsap messencerinin təhlükəli zəif nöqtəsi aşkar edilib.
Onun vasitəsi ilə məlumatların mətnini dəyişmək olur.
Axar.az xəbər verir ki, bunu “Check Point Research” tədqiqat kompaniyasının mütəxəssisləri aşkar edib.
Servisin təhlükəsizlik sistemindəki boşluq hakerlərə həm istifadəçilərin şəxsi yazışmalarında, həm də qrup çatlarındakı məlumatlarla manipulyasiyalar etməyə imkan verir. Bu, Votsapın mobil və veb-versiyalarında məlumatları sinxronlaşdırmaq üçün nəzərdə tutulan alətlərdəki zəif nöqtə sayəsində mümkündür.
Mütəxəssislər proqrama müdaxilə ilə bağlı apardıqları təcrübənin nəticələrini rəhbərliyə göndəriblər. Hələlik Votsap onların müraciətlərini cavablandırmayıb.